Qeydiyyat

  • Qeydiyyatdan keçərkən məlumatlarınızın doğruluğuna diqqət yetirin.
  • ⁠Qeydiyyatdan keçdikdən sonra qeyd etdiyiniz mail adresi və şifrəniz ilə hesabınıza daxil olun. Müsabiqədə iştirak etmək üçün bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
  • ⁠Bir dəfə qeydiyyatdan keçərək bütün mərhələlərdə iştirak edə bilərsiniz.
  • ⁠Əgər qeydiyyatdan keçdiyiniz mail adresini və ya şifrənizi unutmusunuzsa, 0702555003 nömrəsinə vatsapdan yazıb yeni şifrə əldə edə bilərsiniz.
  • ⁠Qeydiyyatdan keçən bütün şagird və müəllimlərin şəxsi hesabı yaranacaqdır. Bu şəxsi hesabınızda açılan pəncərədə mərhələlər üzrə imtahan düymələrini sıxaraq istədiyiniz imtahan üçün ödəniş edərək iştirak edə bilərsiniz.

İMTAHAN GÜNÜ NƏLƏRƏ DİQQƏT ETMƏLİ?

  • Ödəniş etdiyiniz hesabda qeyd etdiyiniz mail adresi və şifrənizin düzgünlüyündən əmin olun.
  • ⁠İmtahan vaxtına və müddətinə riayət edin. İmtahan müddəti imtahana daxil olduqdan sonra başlayacaqdır. (məs: 15:00-16:00, 15:10-16:10 və s.)
  • ⁠İmtahan suallarını bitirdikdən sonra “GÖNDƏR” düyməsini sıxaraq təsdiqləməyi unutmayın.
  • ⁠İmtahanı təsdiqlədikdən sonra təkrar imtahana giriş etməyə çalışmayın.
  • ⁠Qiymətləndirmə meyarları:
    a) Şagirdin topladığı ballar əsas götürülür. (Məs: 100, 95, 87,50 və s.)
    b) Toplanılan ballar eyni olduqda imtahanı bitirmə müddətinə baxılır. (məs: 5 şagird 95 bal toplayıbsa, bu şagirdlərin imtahanı bitirmə müddətinə baxılır. 1-ci şagird 95 bal, 3000 saniyə, 2-ci şagird 95 bal, 2954 saniyə və s. yerləşdirilir.)
    c) Toplanılan bal və müddət eyni olduqda isə üstünlük yaşı az olan şagirdə verilir.