Haqqımızda
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin təşkil etdiyi Eagles Olympiad Respublikada yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən bilik müsabiqəsidir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasında yerləşən Ümumtəhsil məktəblərində təhsil alan 2-11-ci sinif şagirdlərini onlayn test vasitəsilə qiymətləndirərək istedadlı şagirdləri aşkar etmək, onların elmi potensiallarının inkişaf etdirmək və şagirdlərin öz həmyaşıdları arasında reytinq cədvəlini hazırlamaqdır.
Olimpiada 4 fərqli kateqoriya üzrə test formatında həyata keçirilir. Bu kateqoriyalar riyaziyyat, ana-dili, həyat bilgisi (ümumi biliklər) və ingilis dilinə aid test tapşırıqlarından ibarətdir.
Olimpiada 3 mərhələdən ibarətdir.
Birinci mərhələ sınaq mərhələsi adlanır və ödənişsizdir. Bu mərhələnin keçirilməsində əsas məqsəd şagirdlərin imtahan formatı ilə tanış olmasını təmin etməkdir.
İkinci mərhələdə şagirdlər 4 kateqoriya üzrə seçilmiş test tapşırıqlarını cavablandıraraq müvafiq bal toplamaqla özlərinin reytinq cədvəlini müəyyən edəcəklər. Bu mərhələ birinci rüb sonunda həyata keçirilir.
Üçüncü mərhələ ikinci rübün sonunda həyata keçiriləcək və yekun reytinq cədvəli tərtib olunacaq.
Reytinq üzrə kateqoriyalara reytinqlər bölməsinə daxil olaraq məlumat ala bilərsiniz.
Qiymətləndirmə iki şəkildə həyata keçiriləcəkdir.
- Hər mərhələ üzrə yüksək nailiyyət qazanmış şagirdlər qiymətli hədiyyələr, olimpiadanın rəmzi kuboku və sertifikatla mükafatlandırılacaqlar.
- Hər iki mərhələnin yekun nəticəsinə əsasən aparılan qiymətləndimədə nailiyyət əldə etmiş şagirdlər isə təşkil olunacaq yekun tədbirdə iştirak edəcək və olimpiadanın əsas hədiyyələri ilə mükafatlandırılacaqlar.
Mükafatlar bölməsinə daxil olaraq hədiyyələrlə bağlı ətraflı məlumat ala bilərsiniz.